Müğənnilər

Qiymət : USD 120/ 1 Saat

Səhnə adı : Taleh.Y

Videoya link : https://www.youtube.com/channel/UCG4sNTfD7stHRwWEBSHLkcg

Miksə link :

Haqqında : Taleh Saleh oğlu Yahyayev 1992-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2008- ci ildə Gəncə şəhər Bül-Bül adına orta ixtisas musiqi məktəbini bitirib. 2010- 2012- ci illərdə Tələviv Dövlət İncəsənət Universitetində təhsil alıb, 2015 ci ildə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və Opera hazırlığı” ixtisasını bitirmişdir. 2015- 2016 ci illərdə G.Philipp Telemann (ALMANİYA)konservatoriyasinda vokal dərsləri almışdır. T.Kraus, Y.Silvasti ( Finlandiya),V.Lucia, F. Silvana(İtaliya), K.Von.Kerssenbrok(Almaniya) , L.Stuçevskaya, L.Rudakova, Y.Obratsovanın(Rusiya) ustad dərslərinin iştirakçısı olub. Gürcüstan, Ukrayna, Qazaxıstan, Rusiya , Norveç, Türkiyə, BƏƏ, Almaniya, Macarıstan, Çexiya, İtaliya, İsveçrə, Vyetnam, İspaniya, Kuba, Fransa, ABŞ, İsveç, Yunanıstan, Finlandiya, Polşa və başqa ölkələrdə qastrol səfərlərində geniş konsert proqramı ilə Azərbaycan musiqisini layiqincə təmsil etmişdir. Bir çox Beynəlxalq müsabiqələrin qalibidir. “Ü.Hacibəyli” , “Beynəlxalq Muğam” , “Qəbələ” , ” İpək yolu” , “Türksoy” , “Zəriflik” , “Vesolıy ” , “Beybuti Oralulı”, “Karlos Almaran” , “Azərbaycan vokalçıları ” və s. Beynəlxalq Musiqi Festivallarının daimi iştirakçısıdır. 2013- cü ildən M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Azerbaycan Dövlət Televiziya ve Radiosunun solisti, 2016 ci ildən isə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. 2014 ci ildən Asəf Zeynallı adına Musiqi Kollecində və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, 2021 ci ildən Azərbaycan Dövlət Milli konservatoriyasında pedaqoji fəaliyyətə başlamışdır.

Sifariş et
Videolar .....