Haqqında : Tərlan Novxanı,14 yaşından meyxana deməyə başlayıb.İlk ustadı- meyxanaçı Oqtay Kamil olub. 15-16 yaşlarında toy mərasimlərində ifaçılıq etməyə başlayıb. Professional meyxanaçı karyerası 2005-ci ildə başlayıb. Məhz bu ildə, “Səbuhi Studiyası”nda, Emin Elxanoğlu ilə duetdə “O gözəl yar” adlı ilk albomu işıq üzü görüb. Azərbaycanın bir çox tanınmış müğənniləri ilə duetlər oxuyub və kliplər çəkdirib.Hal-hazırda Azərbaycanın ən populyar meyxanaçılarından biridir.2017-ci ildə, Özbəkistanın əməkdar artisti və tanınmış müğənnilərindən biri olan Uluqbek Rahmatullayevin Tərlan Novxanı ilə birgə oxuduğu “O gözəl yar” mahnısı hər iki ölkədə böyük populyarlıq qazandıqdan sonra, Rahmatullayev Tərlan Novxanını Özbəkistana dəvət edib və Daşkənddə baş tutan konsertdə iki sənətçinin dueti gerçəkləşib. “Özbəkistandan sevgilərlə” adlı daha bir konsert proqramı, 2019-cu ilin dekabr ayında, Bakıda, Heydər Əliyev adına sarayda baş tutub.
Sifariş et