Hörmətli müştəri ,ilk öncə bizə güvəndiyiniz və bizi seçdiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk.Xahiş edirik təsdiq düyməsinə basmamışdan öncə sifariş müqaviləsini diqqətlə oxuyasınız.
Gələcəkdə Bakuartist və siz müştərilər arasında anlaşılmazlıq yaranmasın deyə bu müqaviləni tərtib etmişik.Ümid edirik sizin də bununla bağlı heç bir narazılığınız olmayacaq.Biz işimizə peşəkarla yanaşırıq və artistlərlə müqaviləmiz olduğu kimi müştərilərimizlə də müqaviləmiz var. Hər əlavə olunan sifariş saatına ümumi məbləğin 40%-i əlavə olunur.Bizim artistlər təqvim cədvəli ilə sifarişi qəbul etdikləri üçün biz tərəfdən sifariş qəbul olunması üçün göstərilən ümümi dəyərin siz tərəfdən ilkin odəniş kimi onlayn olaraq 20%-i ödənilməlidir.Qalan 80% ödəniş performans başlamazdan öncə siz tərəfdən nağd olaraq artistin özünə verilməlidir. Nəzərinizə çatdiraq ki,sifarişdən imtina etmək qərarına gəlsəniz bu zaman ilkin ödəniş geri qaytarılmır. Bizim üçün müştərilərin rahatlığı önəmli olduğu qədər çalışdığımız artistlərin də rahatlığı önəmlidir.O üzdən düşünürük buna anlaşıqlı yanaşacaqsınz.Əgər müqavilə ilə razısınzsa bu zaman təsdiq düyməsinə basıb sifarişinizi göndərə bilərsiniz.Öncədən sizə öz təşəkkürümüzü bildririk.