Hörmətli əməkdaş ilk öncə bizi seçdiyinizə görə sizə təşəkkür edirik.

 

Müqavilə şərtləri və razılaşması.

  1. Şirkətin xidmət haqqı ümumi məbləğin 20%-ni təşkil edir.
  2. Bizimlə əməkdaşlıq etmək istəyən bütün artistlərin sifarişləri biz Bakuartist agentliyi tərəfdən qəbul olunmalıdır.
  3. Yalnız bizim agentliklə əməkdaşlıq edə bilərsiniz.
  4. Hər əlavə olunan sifariş saatı üçün müştəri tərəfdən ümumi məbləğin 40%-i əlavə olunur.
  5. İnstagram və Facebook səhifələrinizdə bizim nömrəmiz və elektron poçtumuz qeyd olunmalıdır.
  6. Instagram və Facebook səhifənizin bizim platformada yerləşdirilməsi qadağandır.

Faydalarımız.

  • İstedadlı bütün artistlərimizin dünya platformasına çıxmasında yardımçı olururq.
  • Bakuartist agentliyi tərəfindən təşkil olunacaq tədbirlərə (party,konsert,festival) dəvət olunmuş olursunuz.
  • Bütün yaradıcılıq işləriniz təmənnasız olaraq sosial səhifəmizdə nümayiş etdirilir.
  • Azərbaycanda olan bütün otel,restoran,kafe,pub,klub,şirkət və siravi insanlara sizi tövsiyyə etməklə reklam edirik.
  • Müştərilərə daha çox seçim verməklə daha çox marağa səbəb olmuş oluruq.
  • Müştərilərlə peşəkar müzakirələri biz öz öhdəmizə götürmüş oluruq və beləliklə siz vaxtınızı yalnız öz yaradıcılığınıza sərf etmiş olursunuz.

Nəzərinizə çatdırmaq istərdik ki,biz Azərbaycan və beynəlxalq arenada sizin şəxsi meneceriniz kimi fəaliyyət göstərəcəyik.Müştərilərlə artistlərin bir başa əlaqəsi hər bir halda qeyri peşəkarlıq kimi qəbul olunur və bu əməkdaşlıq anlamından kənara çıxır.Əgər siz tərəfdən bir başa müştəri ilə razılaşma olarsa təəssüfki yuxarıda qeyd etdiyimiz 2-ci punktu pozmaqla müqavilənin şərtlərini pozmuş olursunuz.Bu halda sizinlə olan əməkdaşlığımıza xitam vermək məcburiyyətində qalacağıq. Diqqətiniz üçün minnətdarıq.